Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Ukraynalıların 52%-i təhlükəsizlik zəmanəti müqabilində Donbasın Rusiyaya verilməsinə qarşı çıxıb, 40%-i isə bununla razılaşmağa hazırdır.
“AzPolitika” xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun Ukrayna mediasında dərc edilən sorğusunun nəticələri bunu göstərir.
Araşdırmaya görə, respondentlərin 52%-i təhlükəsizlik zəmanəti müqabilində bütün Donbasın Rusiyaya verilməsini qəti şəkildə qəbuledilməz hesab edir. Lakin respondentlərin 40%-i belə bir güzəştə getməyə hazırdır (əksəriyyəti bunun çətin şərt olduğunu etiraf etsə də). Digər 7%-i qərarsız qalıb.
Sosioloqlar xüsusilə qeyd ediblər ki, yanvar ayının son iki həftəsində Ukraynada genişmiqyaslı raket, PUA hücumlarına, elektrik və istilik təchizatı ilə bağlı problemlərə baxmayaraq, Donbasın verilməsinə razı olanların sayı artmayıb.
Sorğu 23-29 yanvar tarixləri arasında aparılıb.
“AzPolitika.info”