Ukraynalılarla bağlı Avropada qəti qərar veriləcək | Icma.az
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq. Ukraynalı qaçqınlar 2027-ci ilin martına qədər Avropada qala biləcəklər.
Avropa Birliyinin rəhbər orqanları müvafiq qərarı iyunun ortalarında təsdiq etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın AB-dəki səfiri Vsevolod Çentsov məlumat verib.
Onun sözlərinə görə, Brüssel ukraynalılar üçün xüsusi olaraq tətbiq edilən mövcud müvəqqəti müdafiə mexanizminin qüvvəsini uzatmaq niyyətindədir.
"Biz gözləyirik ki, AB Şurası ukraynalılar üçün müvəqqəti müdafiə müddətini uzadacaq və biz bunun 2027-ci ilin martına qədər olacağını güman edirik", - Çentsov bildirib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu