Ukraynanı əslində onlar idarə edir Polkovnikdən iddia

22.09.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ukrayna Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin nəzarəti altındadır”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın istefada olan polkovniki, Pentaqon rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor deyib.

O, bu barədə “Deep Dive” YouTube kanalının efirində çıxış edib.

“MI6 kəşfiyyat xidməti olmasa, Volodimir Zelenskinin hökuməti süqut edər”, – deyə Makqreqor vurğulayıb.

Bundan əvvəl Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell Ukraynanın ərazi güzəştlərindən imtina etməyə və Rusiyanın dərinliklərinə zərbələr endirməyə davam etməli olduğunu, Kiyevin Qərbdəki müttəfiqlərinin isə Ukraynaya dəstəyi artırmalı olduğunu bildirib.

Eyni zamanda, Britaniya baş nazirinin müşaviri “Patriot” kompleksləri üçün zenit raketlərinin çatışmazlığı və dövlət büdcəsində yaranan kəsir səbəbindən Ukraynadakı vəziyyəti “bir qədər mürəkkəb” adlandırıb./Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью