Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qərb ölkələrinin sülh danışıqlarına münasibətinə diqqət çəkən xarici ekspertlər avropalıların Rusiya ilə müharibə etmək üçün silahlandığını bildiriblər.
Turkustan.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Braziliyalı beynəlxalq əlaqələr üzrə ekspert Rikardo Kabral bildirib ki, Kiyev hazırda “neytral status”la razılaşmaqda və NATO-ya üzv olmaqdan imtina etməkdə çətinlik çəkir.
O, Rusiyanın müvafiq tələblərinə cavab olaraq ABŞ və Avropadan təzyiq gözlənildiyini deyib.
Qeyd edib ki, bu, Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə etməyi çətinləşdirəcək: “Bu yolla sülh razılaşması əldə olunmayacaq.
Qərblilər məqsədlərinin Rusiyanı mühasirəyə almaq olduğunu gizlətmirlər.
Rusiya bundan əvvəl iki dəfə NATO-ya üzv olmaq təklifi etmiş və hər iki dəfə rədd edilmişdi. Niyə?