Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Türkiye" qəzeti isə bir qədər də irəli gedərək artıq yenidənqurma və bərpa layihələrinin belə hazır olduğunu yazıb. Qeyd edilib ki, 2025-ci ildə münaqişənin sona çatmasından sonra Ukraynanın bərpasına yönəlmiş layihələri əks etdirən sənəd Türkiyəyə təhvil verilib.
“Ukrayna Türkiyə tərəfinə 2025-ci il üçün nəzərdə tutulan layihələrin dosyesini təqdim edib. Belə bir vaxtda, aprel və may aylarında təxirəsalınmaz layihələr üçün tender elan olunacaq”, - nəşr yazıb.
Haaqında söz açılan xüsusi dosye enerji və enerji səmərəliliyi sahəsində olan layihələr, sosial evlər və su təchizatı layihələrini əhatə edir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. “Ukrayna Türkiyə tərəfinə 2025-ci il üçün nəzərdə tutulan layihələrin dosyesini təqdim edib. Belə bir vaxtda, aprel və may aylarında təxirəsalınmaz layihələr üçün tender elan olunacaq”, - nəşr yazıb.