Ukraynanın 2027 ci ilə qədər Avropa Birliyinə üzvlüyü müzakirə edilib

27.01.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kiyev, 27 yanvar, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya Kansleri Kristian Ştokerlə Ukraynanın 2027-ci ilə qədər Avropa İttifaqına üzv məsələsini müzakirə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski “Teleqram” səhifəsində yazıb.

Ukrayna Prezidenti qeyd edib ki, Ştokerlə söhbət zamanı Rusiyanın çoxsaylı terror hücumlarından sonra Ukraynadakı enerji təminatı ilə bağlı vəziyyəti onunla müzakirə edib. O, Kanslerə Avstriyanın Ukraynanın enerji sektoruna dəstək məqsədilə vəsait ayırdığına görə təşəkkürünü bildirib.

Zelenski və Ştoker ötən həftə BƏƏ-də keçirilən danışıqları da müzakirə ediblər. Zelenski vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına daxil olması təkcə Kiyev üçün deyil, həm də Avropa üçün əsas təhlükəsizlik zəmanətlərindən biridir.

"Avropanın güclü olması həm də Ukraynanın təhlükəsizliyi, texnoloji və iqtisadi töhfələri sayəsində mümkündür. Buna görə də biz konkret bir tarixdən - 2027-ci ildən danışırıq və tərəfdaşlarımızın dəstəyinə güvənirik", - deyə Zelenski qeyd edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью