Ukraynanın 2030 cu ildə Aİ yə üzvlüyü real görünmür

26.11.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynanın 2030-cu ildə Avropa İttifaqına (Aİ) üzv olması real deyil. Bu fikri ukraynalı iqtisadçı Aleksey Kuş telekanalın “Novosti.Live” efirində səsləndirib.

Redaktor.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, belə bir müddət mövcud geosiyasi reallıqlara uyğun gəlmir.

“Bu, geosiyasi fantaziyaya bənzəyir. Söhbət təkcə büdcə çərçivəsindən deyil, bizi əhatə edən reallıqdan gedir”, – Kuş bildirib.

O əlavə edib ki, Macarıstanın baş naziri Peter Madyarın Ukraynanın 15 ildən sonra Aİ-yə qoşula biləcəyi ilə bağlı proqnozunu da nikbin hesab edir.

Xatırladaq ki, bundan əvvəl Fransanın “Milli Birlik” partiyasının lideri və prezidentliyə namizəd Marin Le Pen Ukraynanın gələcəyinin heç bir halda Aİ-yə üzvlüyü nəzərdə tutmadığını bildirib.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью