Ukraynanın 3 vilayətində enerji obyektləri dağıdılıb Zelenski

26.09.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin üç vilayətində bir neçə enerji obyektinin dağıdıldığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.

O, Poltava, Nikolayev və Vinnitsa vilayətlərində enerji infrastrukturunun dağıldığını qeyd edib.

“İnfrastrukturun dağılması: ... Poltava, Nikolayev və Vinnitsa vilayətlərində enerji obyektləri”, – deyə Ukrayna Prezidenti yazıb.

Zelenski dağıdıldığı bildirilən obyektlərin konkret olaraq hansılar olduğunu və ümumilikdə neçə enerji obyektinin zərər gördüyünü açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью