Ukraynanın alyansa daxil olması ilə bağlı konsensus yoxdur

25.11.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

...NATO üzvləri arasında Ukraynanın bloka daxil olması ilə bağlı dəqiq konsensus yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Alyansın baş katibinin müavini Boris Ruqe bildirib.

NATO Parlament Assambleyasının 70-ci illik iclasında o, "Dəvət üçün alyansın 32 ölkəsinin hamısının yekdil qərarı tələb olunur, bizdə yoxdur" deyib.

Bundan əvvəl Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko bildirmişdi ki, Ukraynanı NATO-ya qəbul etməklə Rusiya ilə münaqişəyə bir imza ilə son qoymaq olar.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью