Ukraynanın baş komandanı rəqibindən üzr istədi

21.07.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bildirib ki, keçmiş müdafiə naziri Mixaylo Fyodorovla münaqişə barədə xəbər tutması gözlənilməz olub.

O, Fyodorvla işçi münasibətdə olduğunu deyib.

“Cebheinfo.az”-ın məlumatına görə, general Sırski bu barədə “Militarnıye” nəşrindəki köşəsində yazıb.

“Nazirlə aramızda münaqişənin olduğunu öyrənmək mənim üçün çox gözlənilməz  oldu. Mən münasibətimizi işçi münasibət kimi qəbul etmişəm. Mürəkkəb məsələlərlə, müxtəlif  mövqelərlə. Böyük müharibə dövründə iki institut arasında belə də olmalıdır”, - deyə Sırski qeyd edib. 

Eyni zamanda, Sırski Müdafiə Nazirliyinin keçmiş rəhbərindən bağışlanmasını xahiş edib.

“Əgər kimisə hər hansı bir şəkildə incitmişəmsə, Mixail Albertoviç məni bağışlayın. Mən sərt ola bilərəm. Amma sizdən və indi bu hadisəni böyük maraqla izləyən hər kəsdən xahiş edirəm. Gəlin, şəxsi yox, qlobal məsələlərə diqqət yetirək. Qələbəyə”, - deyə Başç komandan yazıb.

Onun sözlərinə görə, istənilən soyaddan daha vacib bir fikir var:

“Ukrayna Fyodorovdan, Sırskidən və hər birimizdən böyükdür”.

O, bu müharibəni iki şəxs arasında qarşıdurmaya çevirməyi “Düşmənə göstərə biləcəyimiz ən böyük xidmət” adlandırıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью