Ukraynanın Baş naziri Azərbaycana təşəkkür etdi | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaxın günlərdə Ukrayna tərəfdaşlarından yeni enerji yardımı alacaq.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün teleqram kanalında bildirib.
O, qeyd edib ki, yaxın günlərdə ölkəyə Azərbaycan, Slovakiya və Çexiyadan növbəti yardımlar daxil olacaq.
“Azərbaycanın təqdim etdiyi yardıma generatorlar, transformatorlar, kabellər, tibbi avadanlıqlar və digər humanitar dəstək daxildir.
Bu yardım dağıdıcı atəşlərdən sonra Ukraynanın enerji infrastrukturunun bərpasında əsas rol oynayır” , – Baş nazir qeyd edib.
Sviridenko vurğulayıb ki, Azərbaycan da daxil olmaqla beynəlxalq tərəfdaşların dəstəyi sayəsində ukraynalıların evlərində istilik və elektrik enerjisini operativ şəkildə bərpa etmək mümkün olur.
“İrlandiya gələn həftə Ukraynanın Enerji Dəstəyi Fonduna 25 milyon avro göndərəcək” , – o əlavə edib.
Tam oxu
Xəbəri oxu