Ukraynanın baş naziri Denis Şmıqal: Ukrayna ABŞ ın tələbi üzrə ərazi güzəştləri etməyə hazır deyil

04.03.2025

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Birləşmiş Ştatlar sülh yolu ilə nizamlanmanı tələb edərsə, Ukrayna ərazilərin itirilməsini tanımaq niyyətində deyil".

Bizimyol.info xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal telemarafonda yayımlanan mətbuat konfransında deyib.

“Söhbət Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi ilə bağlı konkret danışıqların aparılıb-aparılmamasından gedirsə, o zaman belə danışıqlar aparılmayıb. Bu haqda məlumatım yoxdur. Amma ictimai müstəvidə Ukraynanın bəzi əraziləri verməli olacağına dair bəyanatlar eşidirik. Mənim fikrimcə, bu mümkün deyil”, - deyə. Onun sözlərinə görə, heç kimin ərazilərdən imtinanı müzakirə etmək səlahiyyəti yoxdur, buna yalnız Ukrayna xalqı qərar verə bilər.

Eyni zamanda, Şmıqal əlavə edib ki, Ukrayna “tərəfdaşların təhlükəsizlik zəmanətləri ilə addım-addım yanaşmanı ehtiva edən sülh planından danışa bilər”. O, “addım-addım” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uols bəyan etmişdi ki, Kiyev ərazi güzəştləri müqabilində təhlükəsizlik təminatlarında güzəştə getməli olacaq. O əlavə edib ki, “çoxları bu kompromislərin bəzi ərazi güzəştləri üçün təhlükəsizlik təminatları baxımından nə olacağını görür, bu ümumi konturlar hər iki tərəfin danışıqlar masası arxasına oturmaq və hər şeyi sülhə doğru hərəkət etdirmək istəyi varsa, göz qabağındadır”.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью