Ukraynanın Baş naziri hesabat vermək üçün Ali Radaya çağırılıb

19.11.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ali Radanın deputatları Baş nazir Yuliya Sviridenkonun hesabat vermək üçün parlamentə dəvət edilməsinə səs verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko məlumat verib.

“Sviridenko bu gün saat 13:00-da (Bakı vaxtı ilə 15:00) Radaya çağırılıb”, - o, teleqram kanalında yazıb.

Öz növbəsində deputat Yaroslav Jeleznyak bildirib ki, parlamentarilər iclasa ədliyyə naziri Herman Qaluşenko və energetika naziri Svetlana Qrinçukun çağırılmasına səs veriblər. 
 

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью