Ukraynanın Baş Qərargahı təsdiqləyib: Ukrayna Sudjanı tərk edib

16.03.2025

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Ukrayna qoşun hissələri Kursk vilayətinin Sudja şəhərindəki mövqelərini tərk edərək Rusiya-Ukrayna sərhədinə yaxınlaşıb.

Bunu Ukrayna Baş Qərargahının dərc etdiyi xəritə sübut edir.

Xəritədə Ukrayna qoşunlarının şəhərdən xeyli kənarda yerləşdiyi göstərilir.

Sudja 2024-cü ilin avqust ayından, Ukrayna qoşunlarının Sudjanski rayonunda sərhədi yarmasından sonra Ukraynanın nəzarəti altındadır.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью