Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qrenlandiyanın gələcəyi ilə bağlı bir həftəlik gərgin müzakirələrdən sonra Avropa diqqətini yenidən Ukraynadakı müharibəyə yönəldib. Ümid edilir ki , Donald Trampı Qrenlandiyanı cəza tarifləri ilə ələ keçirmək cəhdlərindən əl çəkdirdikdən sonra Ukrayna ətrafında birgə səyləri bərpa etmək mümkün olacaq.
Bu barədə məlumatı “Euronews” verib.
Müharibənin dörd illiyi yaxınlaşdıqca Avropa liderləri Ağ Evin Kiyev və Moskva arasında sülh sazişi əldə etmək səylərini qətiyyətlə dəstəkləyirlər.
ABŞ, Ukrayna və Rusiya rəsmilərinin Əbu-Dabidə iki günlük üçtərəfli danışıqları başa çatdıqdan sonra Ukrayna prezidenti Volodimir Zelenski görüşü “konstruktiv” adlandıraraq deyib: “Hər iki tərəfin irəliləməyə hazırlığı olduğu təqdirdə əlavə görüşlər keçiriləcək”.
O, danışıqların yeni mərhələsinin 1 fevralda keçiriləcəyini bildirib.
Bu arada, avropalılar və amerikalılar Ukraynanın müharibədən sonrakı bərpasını sürətləndirmək, xarici investorları cəlb etmək və milyardlarla kapitalı səfərbər etmək üçün hazırlanmış ortaq sənədin imzalanmasına yaxınlaşırlar. Avropa Komissiyasının prezidenti fon der Leyen bildirib: “Biz Ukraynanın gələcəyini müasir, suveren və azad bir ölkə kimi fəal şəkildə hazırlayırıq... Yaxın həftələrdə birgə imzalanma baş tuta bilər”.
P.ƏMİRCANOV
XQ