Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün təxminən 690 milyon ABŞ dolları məbləğində yeni kredit tranşının ayrılmasını rəsmən təsdiqləyib.
XQ xəbər verir ki, BVF-nin İcraiyyə Şurası bununla Ukrayna üzrə 48 aylıq Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi (GMM) proqramının ilk icmalını müvəffəqiyyətlə başa çatdırıb.
Yeni tranşın ayrılması ilə Ukraynanın sözügedən proqram çərçivəsində əldə etdiyi ümumi maliyyə dəstəyinin həcmi 2,2 milyard dollara çatıb.
Bu vəsait BVF tərəfindən təsdiqlənmiş 8,1 milyard dollar dəyərindəki dördillik GMM proqramının tərkib hissəsi olaraq ayrılır.