Ukraynanın daha 50 PUA sı məhv edilib

14.02.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya Federasiyasının üç regionu üzərində Ukraynaya məxsus 50 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Növbəti hava hücumundan müdafiə sistemləri Ukraynanın 50 pilotsuz uçuş aparatını məhv edib", - mesajda deyilir.

Bildirilir ki, 41 PUA Belqorod vilayəti, 5-i Voronej vilayəti, 4-ü Rostov vilayəti üzərində vurulub.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью