Ukraynanın danışıqlar qrupu bu gün BƏƏ yə uçacaq

02.02.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ukraynanın danışıqlar qrupu 2 fevralda danışıqların yeni mərhələsində iştirak etmək üçün Əbu-Dabiyə gedəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Qrupumuz məlumat verib. Artıq müvafiq səviyyədə üçtərəfli görüş üçün razılıq əldə edilib. Bu görüş planlaşdırıldığı kimi gələn həftə çərşənbə və cümə axşamı keçiriləcək. Keçən dəfə olduğu kimi, Əmirliklərdə. Mən indicə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla danışdım. Söhbətin çərçivəsini razılaşdırmaq və hər şeyi hazırlamaq üçün sabah üçün görüş təyin etmişəm. Komanda bazar ertəsi axşamı danışıqlara gedəcək", - deyə Zelenski özünün "Telegram" kanalında bildirib.

Aynur Babazadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью