Ukraynanın darmadağın etdiyi aviabazanın İLK FOTOSU

02.06.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukrayna Silahlı Qüvvələrinin ötən gün Rusiyanın dərinliklərinə genişmiqyaslı hava hücumundan sonra İrkutsk vilayətində yerləşən Belaya aviabazasının ilk peyk görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, Ukrayna mediasında dərc olunan fotolar rus ordusuna məxsus Tu-95MS və Tu-22M3 tipli bombardmançı təyyarələrin ciddi zərər gördüyünü təsdiqləyir.

Qeyd edək ki, Ukrayna ordusu dünən Rusiyanın dərinliyindəki strateji aviabazalara qarşı xüsusi əməliyyat keçirib. Nəticədə 41 bombardmançı təyyarə sıradan çıxarılıb.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью