Icma.az, Qaynarinfo saytına istinadən bildirir. Ukraynanın dəniz pilotsuz uçuş aparatları (PUA) Rusiyaya zərbə endirməkdə davam edir.
31 dekabrda Ukraynanın dəniz dronu ilk dəfə olaraq Mi-8 tipli Rusiya helikopterini məhv edib, bunun üçün pilotsuz aparat raketlərdən istifadə edib.
İki gün sonra isə eyni Magura-V5 dronu daha bir helikopteri vurub və üçüncüsünə zərər yetirib.
Qaynarinfo xəbər verir ki, bu barədə CEPA məlumat yayıb. Hələ may ayında Ukraynanın pilotsuz uçuş aparatlarını 1980-ci illərin sonlarında is
Bu, müharibənin əvvəlindən davam edən pilotsuz texnologiya sahəsindəki yeniliklərin bir hissəsi idi.
Bu yeniliklər arasında səngərlərin məhv edilməsi üçün termit dronları, ov tüfəngləri ilə təchiz olunmuş pilotsuz aparatlar, radioelektron mübarizəyə qarşı fiber-optik dronlar və hədəfləri daha dəqiq vurmaq üçün süni intellektlə işləyən PUA-lar var.
Son zamanlar Ukrayna Hərbi Dəniz Qüvvələri düşmənin arxa cəbhəsinə bir sıra hücumlar həyata keçirib və pilotsuz müharibədə yenilikçi yanaşmalarını nümayiş etdirib.
5 yanvarda Ukraynanın Qara dənizdəki kamikadze dronları Xerson vilayətində yerləşən Rusiya hava hücumundan müdafiə sistemlərini ("Pantsir-S1") hədəfə alıb.