Ukraynanın dövlət borcu 215,55 milyard dollara çatıb

05.10.2026

Icma.az bildirir, Ayna portalına istinadən.

Volodimir Zelenskinin prezidentliyi dövründə ölkənin dövlət borcu 4,5 dəfə artıb

Ukrayna 2026-cı ilin sonuna qədər Beynəlxalq Valyuta Fonduna (BVF) təxminən 960 milyon dollar kredit ödəməlidir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, BVF-nin veb saytında yerləşdirilən cədvələ görə, 31 avqust tarixinə Ukraynanın ilin sonuna qədər ümumilikdə 708.603.537 SDR (BVF-nin hesab vahidi olan Xüsusi Borclanma Hüquqları) və ya 959.490.017 dollar borcu var.

Kiyev sentyabr ayında təxminən 251 milyon dollar ödəməli idi, 82,2 milyon dolların ödənişi 5 oktyabrda, təxminən 170,2 milyon dollar isə 9 oktyabrda planlaşdırılırdı.

Ukrayna Maliyyə Nazirliyinin statistikasına əsaslanan hesablamalara görə, Prezident Volodimir Zelenskinin prezidentliyi dövründə ölkənin dövlət borcu 4,5 dəfə artıb. 2026-cı ilin avqust ayının sonuna olan məlumata görə, Ukraynanın dövlət borcu 215,55 milyard dollar təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью