Ukraynanın dron hücumundan sonra Rusiya Yanex in üç superkompüterinin yerini dəyişib

26.10.2026

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yandex" üç superkompüteri yeni yerlərə köçürüb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunlar Lyapunov, Qaluşkin və Çervonenkis superkompüterləridir.

Bildirilib ki, avadanlıqlar işə düşdükdən sonra "Yandex"in xidmət infrastrukturuna yenidən daxil ediləcək.

Qeyd edək ki, Ukrayna oktyabr ayında "Yandex"in Ryazan, Kaluqa və Vladimir vilayətlərindəki data mərkəzlərinə dron hücumu edib. Superkompüterlərin data mərkəzlərinə edilən hücumlardan zərər görmədiyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью