Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub

04.02.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev, 4 fevral, AZƏRTAC

Fevralın 4-də Rusiya ordusu Ukraynanın Drujkovka şəhərində bazara kaset mərmiləri ilə zərbələr endirib, şəhərin özünə isə iki aviabomba atıb. Hazırda 7 nəfərin həlak olduğu, 15 nəfərin isə yaralandığı məlumdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Donetsk vilayəti Dövlət Administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram vasitəsilə məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi cəbhə xəttinə yaxın yerləşən şəhəri kaset mərmiləri ilə atəşə tutub. Zərbə insanların səhər saatlarında kütləvi toplaşdığı məkan olan bazara dəyib.

“Bu, növbəti məqsədli hərbi cinayətdir və Rusiya üçün “atəşkəs” barədə bütün bəyanatlarının heç bir dəyəri olmadığını bir daha göstərir. Yaşı 43-dən 81-ə qədər olan ən azı 7 nəfər həlak olub. 50-72 yaş aralığında olan 15 nəfər isə yaralanıb”, – deyə Vadim Filaşkin vurğulayıb.

Bütün aidiyyəti xidmətlər hadisə yerindədir, zərərçəkənlərə yardım göstərilir və zərbələrin nəticələri aradan qaldırılır. Sənaye zonası, 3 çoxmərtəbəli bina və 3 fərdi yaşayış evinə ziyan dəyib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью