Ukraynanın əczaçılıq sektoruna AĞIR ZƏRBƏ

15.11.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Rusiya hərbçiləri Ukraynanın ən böyük əczaçılıq distribütorlarından biri olan və Dneprdə yerləşən "Optima-Pharm" şirkətinə məxsus anbara zərbə endirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumatda bildirilir ki, hücum zamanı anbar tamamilə məhv olub, lakin əməkdaşlar arasında xəsarət alan olmayıb. Zərərin dəqiq miqdarı hələ müəyyənləşdirilir.

Bu müəssisə Ukraynanın cənub regionlarına xidmət göstərirdi.

Qeyd edək ki, bu, "Optima-Pharm" infrastrukturuna yönəlmiş üçüncü oxşar hücumdur.

25 oktyabrda şirkətin Kiyevdə anbar kompleksi və ofisi dağıdılıb və dəyən ziyan təxminən 100 milyon dollar qiymətləndirilir. Həmin hücum nəticəsində Ukraynanın aylıq dərman ehtiyatının təxminən 20%-i itirilib.

Bundan əlavə, 28 avqustda Kiyevə raket zərbəsi nəticəsində daha bir "Optima-Pharm" anbarı zədələnib.(Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью