Ukraynanın ədliyyə naziri vəzifəsindən azad edildi

12.11.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynanın ədliyyə naziri Qerman Qaluşenko vəzifəsindən azad edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanən Baş naziri Yulia Siviridenko özünün “X” hesabında məlumat verib.

“Bu səhər, hökumətin fövqəladə iclası keçirildi. Qerman Qaluşenko ədliyyə naziri vəzifəsindən azad olunması ilə bağlı qərar verildi. Hökumətin qərarı ilə ədliyyə nazirinin vəzifələrinin icrası ədliyyə nazirinin Avropaya İnteqrasiya məsələləri üzrə müavini Lyudmila Suqaka həvalə olunub”,- Siviridenko bildirib.

Qeyd edək ki, Qaluşenko bundan əvvəl korrupsiya ittihamları ilə əlaqədar olaraq yoxlanılmışdı.

Onun vəzifədən azad edilməsinin korrupsiya ilə bağlı olub-olmadığı açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью