Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukraynanın Zaporojye vilayətinin Enerqodar şəhərində ictimai nəqliyyat dayanacağına edilən hücum nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə “Rosatom”un (Rusiyanın Dövlət Nüvə Enerjisi Korporasiyası) rəhbəri Aleksey Lixaçov məlumat verib. O, hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini iddia edib.
Lixaçovun sözlərinə görə, aprelin 27-dən etibarən Enerqodarda ümumilikdə 11 mülki şəxs həlak olub, yaralananların sayı isə onlarla ölçülür.
Qeyd edək ki, şəhərdə Zaporojye Atom Elektrik Stansiyası yerləşir.