Ukraynanın F 16 qırıcısı vurulub?

19.03.2025

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Sumı vilayətinin ərazisində vurulub.

Bakupost.az xəbər verir ki, bu barədə hərbi müxbir Yuri Kotenok öz Telegram kanalında mənbələrə istinadən məlumat verib

"Bu, ilkin məlumatdır və təsdiqlənməyib", - jurnalist yazıb.

Bir neçə saat əvvəl “Arcxangel Spetsnaz” Telegram kanalı Amerika F-16-larının Sumi bölgəsində Rusiya təyyarələrinə qarşı manevrlə etdiyini bildirib. Onun yazdığına görə, Ukrayna ordusu hələ ki, aviabombalar atmaq üçün qırıcılardan istifadə etmir, çünki bu funksiyanı sovet təyyarələri yerinə yetirir.


Zaur,BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью