Ukraynanın F 16 sı vuruldu

29.06.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci il iyunun 29-na keçən gecə Rusiyanın raket və PUA-ları zamanı 1-ci dərəcəli pilot polkovnik-leytenant Maksim Ustimenko həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.

“Təəssüf ki, bu gün daha bir acı itki ilə üzləşdik. Gecə düşmənin kütləvi hava hücumunu dəf edərkən F-16 qırıcısının 1-ci dərəcəli pilotu, 1993-cü il təvəllüdlü polkovnik-leytenant Maksim Ustimenko həlak olub. Pilot bütün bort silahlarından istifadə edib, yeddi hava hədəfini vurub. Hava hədəflərinin dəf edilməsi zamanı onun təyyarəsi zədə alıb və hündürlüyü itirməyə başlayıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, pilot katapult etməyə imkan tapmayıb.

Qeyd edək ki, indiyə qədər Ukraynanın bir neçə F-16 qırıcısı vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью