Ukraynanın HHM sistemi təhlükə altındadır

15.03.2025

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az İtaliyanın “Corriere della Sera” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, Ukrayna hakimiyyəti bir neçə həftədir İtaliya və Fransadan ən azı 50 ədəd “Aster-30” raketi göndərməyi xahiş edir.
Bununla belə, İtaliya hökuməti qərar verməyə tələsmir, çünki öz arsenalı, demək olar ki, fövqəladə ehtiyatlar səviyyəsinədək tükənib. Fransanın böyük ehtiyatları var, lakin o da məhdudiyyətlərlə üzləşir.
Xəbərdə Ukraynanın Müdafiə naziri Rustem Umerovun bu məsələni italiyalı həmkarı Qvido Krosetto və “Eurosam” şirkətinin nümayəndələri ilə müzakirə edib. Aktiv bombardmanlar fonunda hər bir HHM sistemi kritik əhəmiyyət kəsb edir.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью