Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Rostov vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yüksək gərginlikli elektrik ötürücü xətt (EÖX) qırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar məlumat verib.
Onun sözlərinə görə, baş verən hadisə nəticəsində Bolqarstroy yaşayış massivindəki evlər, eləcə də Qərb sənaye zonasındakı sənaye müəssisələri enerji təchizatından ayrılıb.
Aytəkin TOFİQQIZI