Ukraynanın hücumunda 16 nəfər YARALANIB

18.06.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynanın bölgəyə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində 16 nəfər yaralanıb. 

Bunu Rusiyanın Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Vorobyov açıqlamanı sosial media hesabında verib.

O qeyd edib ki, vilayətin Jukovski şəhərində bir PUA çoxmərtəbəli yaşayış binasına düşüb və binanın sakinləri təxliyə olunub.

Vorobyovun sözlərinə görə, hücum nəticəsində Lyubertsı şəhərində idman zalı və sənaye obyekti zərər görüb, Kotelniki şəhərində yerləşən ticarət mərkəzində isə yanğın baş verib: 

“PUA hücumu nəticəsində Moskva vilayətində 2-si uşaq olmaqla 16 nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilir. Hücumlardan sonra zəruri tədbirlər davam etdirilir”.

Hadisənin nəticələrinin aradan qaldırılması və zərərin qiymətləndirilməsi istiqamətində işlər davam edir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью