Ukraynanın Kurskdakı mövqeləri vacibdir Blinken

06.01.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın Kursk bölgəsindəki mövqeləri sülh danışıqları üçün vacibdir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Onların Kursk bölgəsindəki mövqeyi vacibdir, çünki bu, baş tuta biləcək istənilən danışıqlarda mütləq rol oynayacaq. Çünki döyüşlər dayansa belə, Kiyevin Rusiyanın yenidən Ukrayna ərazisinə qoşun yeritməyəcəyinə dair adekvat təminatlara ehtiyacı olacaq”, - Blinken bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna ordusu Kurskda hücuma keçib və Rusiya müdafiəsini yarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью