Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kremlə bağlı siyasi ekspertlər Ukraynanın Moskvanın yanacaq və neftayırma zavodlarına raket və dron hücumlarını iki səbəblə izah ediblər. Birincisi, guya Kiyevin məqsədi Rusiyada Dövlət Dumasına keçirilən seçkiləri pozmaq olub. İkincisi, Kiyev guya bu hücumlarla Qərbdən daha çox maliyyə almağa çalışır.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Ukraynanın Rusiyaya kütləvi hücumlarını haqda qeyd edib.
“Avropa Birliyi onsuz da Ukraynaya maliyyə yardımını kəsmir, çünki Brüssel Ukraynanın Rusiyaya məğlub olmasını istəmir. O ki qaldı Dövlət Dumasına seçkilərə, SSRİ diktatoru Stalinin məşhur kəlamı Kreml üçün bu gün də keçərlidir: “Vətəndaşların necə səs vermələrinin əhəmiyyəti yoxdur, əsas bu səslərin necə sayılmasıdır”. Yəni Ukraynanın gün ərzində Moskvanı raket və dron atəşinə tutmasının Rusiyada parlament seçkilərinin nəticələrinə zərrə qədər təsiri yoxdur. Kreml sahibi bütün hallarda istədiyi nəticəni əldə edəcək. Bu isə o deməkdir ki, Rusiya cəmiyyətinin önəmli hissəsi hələ də Putinin Ukraynaya qarşı savaşını dəstəkləyir. Bu həmin kəsimdir ki, sorğularda milyonlarla insanın qətlinə səbəb olan Stalini “böyük lider” adlandırır”, - o vurğulayıb.