Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Rusiya hərbçiləri Ukraynanın liman infrastrukturuna zərbələr endirməyə davam ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, qüvvələr həmçinin Ukrayna ordusuna dəstək məqsədilə istifadə olunan dəniz gəmilərini hədəf alıblar.
Müdafiə Nazirliyi əlavə edib ki, zərbələr pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib.