Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

14.10.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kiyev, 14 oktyabr, AZƏRTAC

Rusiya ordusunun Ukraynanın Lutsk şəhərinə reaktiv dronla endirdiyi zərbə nəticəsində dağılan mülki infrastrukturda axtarış-xilasetmə əməliyyatları başa çatıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin yaydığı məlumata görə, hava hücumu zamanı 6 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.

Qeyd edək ki, oktyabrın 14-nə keçən gecədən başlayaraq Ukraynanın bir sıra böyük şəhərləri kütləvi hava zərbələrinə məruz qalıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью