Ukraynanın maliyyələşdirilməsi məsələsi həll olunana qədər heç kim Aİ sammitini tərk etməyəcək Von der Leyen

18.12.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın maliyyələşdirilməsi məsələsi həll olunana qədər Avripa İttifaqı (Aİ) liderlərindən heç biri Brüsseldə başlayan sammiti tərk etməyəcək.

Bizimyol.info xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen iclasa gələrkən bildirib.

"Ukraynanın növbəti iki il ərzində 137 milyard avro maliyyələşdirməyə ehtiyacı var. Mən Avropa Şurası prezidentinin mövqeyini tam bölüşürəm ki, bu gün qərar verilməlidir və biz qərar verilənə qədər oranı tərk etməyəcəyik", - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью