Ukraynanın Milli Qvardiya komandirini öldürmək istədilər

31.07.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Qvardiyanın “Xartiya” briqadasının komandiri İqor Obolenskiyə qarşı sui-qəsd cəhdi edildiyini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, öz Telegram kanalında məlumat yayıb.

Ukrayna liderinin sözlərinə görə, hücum edən şəxs və onun şəriki saxlanılıb.

"Hazırda lazımi prosessual hərəkətlər aparılır. Bununla bağlı Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini icra edən Oleksandr Poklad tərəfindən məruzə edilib", - deyə o qeyd edib.

Zelenski yazıb ki, Kiyev Ukraynaya və komandirə zərbə endirmək cəhdinə cavab vermək niyyətindədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью