Ukraynanın MiQ 29 qırıcısı qəzaya uğrayıb

27.06.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İyunun 27-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri MiQ-29 qırıcı təyyarəsi ilə əlaqəni itirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, pilot döyüş tapşırığını Poltava vilayətinin səmasında yerinə yetirərkən təyyarə ilə əlaqə kəsilib. Hazırda təyyarənin qəzaya uğramasının səbəbləri və hadisənin başvermə şəraiti araşdırılır.

"Biz təyyarənin itirildiyini təsdiqləyirik. Lakin ukraynalı pilot uğurla katapult edib, axtarış-xilasetmə qrupu ilə əlaqə saxlayıb və operativ şəkildə müayinə və zəruri tibbi yardım göstərilməsi üçün tibb müəssisəsinə çatdırılıb", - deyə Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью