Ukraynanın müdafiə naziri Brüsseldə Pentaqon rəhbəri ilə görüşüb

12.02.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerov ilə ABŞ-dan olan həmkarı Pit Heqset arasında görüş olub.

APA xəbər verir ki, bu barədə Ukraynalı nazir “Facebook” hesabında yazıb.

“ABŞ-nin yeni müdafiə naziri Pit Heqset ilə aramızda ilk görüş baş tutdu” – o qeyd edib.

Bununla belə R. Umerov danışıqların detallarını açıqlamayıb.

Qeyd edək ki, bu gün Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Hilinin sədrliyi ilə “Ramştayn” formatında növbəti görüş keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью