Ukraynanın müttəfiqləri Rusiyaya təzyiqi artıracaqlar Makron

29.04.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın Qərb müttəfiqləri Moskvanı atəşkəslə razılaşmağa sövq etmək üçün yaxın günlərdə Rusiyaya təzyiqləri artırmağı planlaşdırırlar.
Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.

“Paris Match”a müsahibəsində Makron ümid etdiyini bildirib ki, tərəflər indi həmişəkindən daha çox atəşkəsə yaxınlaşıb, lakin “ayıq-sayıq qalmalıdırlar”, çünki “tənliyin bir hissəsi” Moskvadan asılıdır.
“Yaxın 8-10 gün ərzində biz Kremlə təzyiqləri artıracağıq. Yalnız Ukraynaya təzyiq göstərmək düzgün deyil”, - Makron qeyd edib.
Fransa prezidenti Moskvaya “artan təzyiqlərin” konkret olaraq nədən ibarət olacağı barədə ətraflı məlumat verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью