Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın keçmiş kansleri Angela Merkelin yayımlanan xatirələri maraq obyekti olub.
Sfera.az bildirir ki, “Freiheit” (Azadlıq) adlı kitab noyabrın 26-da oxuculara təqdim ediləcək.
Merkel burada ABŞ-də Demokratların namizədi Kamala Harrisi dəstəklədiyini qeyd edib. O, Harrisin seçkilərdə qələbə qazanacağını düşünürmüş.
“Onun rəqibinə qarşı seçkiləri qazanmasını və ABŞ-nin ilk qadın prezidenti olmasını çox istəyirdim”, - Merkel kitabında qeyd edib.
O, xatirələrində bir çox liderlə görüşlərindən də bəhs edib.
Keçmiş kansler 2008-ci ildə Ukraynanın NATO üzvlüyünə qarşı çıxmasının səbəbini də kitaba daxil edib.
“Mən həmişə düşünmüşəm ki, Ukrayna və Gürcüstana MAP statusu (üzvlükdən öncə status) vermək və onları Putindən qorumaq tamamilə xəyaldır.