“Ukraynanın NATO ya daxil olmayacağı barədə anlaşma Putindən əvvəl də vardı” TRAMP

09.12.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp “Politico”ya müsahibəsində Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı diqqətçəkən açıqlama verib.

O bildirib ki, Kiyevin alyansa daxil olmayacağına dair anlaşma hələ Rusiya prezidenti Vladimir Putindən əvvəl mövcud olub.

“Ukraynanın NATO-ya daxil olmayacağı barədə anlaşma var idi. Ədalətli olmaq lazımdırsa, bu, hələ Putinə qədər idi. İndi isə onlar təzyiq etməyə başladılar. Bilirsiniz ki, Zelenski Putinlə ilk dəfə görüşəndə dedi: ‘Mən iki şey istəyirəm: Krımı geri qaytarmaq və biz NATO-ya üzv olacağıq’. O, bunu çox da nəzakətlə demədi”, – Tramp qeyd edib.

Müsahibənin digər hissəsində ABŞ prezidenti Avropa ilə bağlı sərt açıqlamalar verib:

Tramp bildirib ki, onun prioriteti Avropanı deyil, Amerika Birləşmiş Ştatlarını idarə etməkdir.
“NATO məni ‘ata’ adlandırır. Avropa dağılır”, – deyə o vurğulayıb.

Prezident həmçinin Avropanın “siyasi korrektlik” siyasətini tənqid edərək bunun qitəni zəiflətdiyini söyləyib:
“Avropa siyasi cəhətdən düzgün olmaq istəyir, amma bu, onları zəiflədir”.

Trampın sözlərinə görə, hazırkı miqrasiya siyasəti Avropanın gələcəyini təhlükə altına qoyur:
“Fəlakətli miqrasiya siyasəti ucbatından bir çox Avropa ölkəsi tezliklə həyat qabiliyyətini itirəcək”.

Firuzə

Gununsesi.info

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью