Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyunun 24-25-də Haaqada keçiriləcək alyansın sammitinin yekun bəyannaməsində Ukraynanın NATO-ya mümkün üzvlüyü ilə bağlı bənd daxil edilməyəcək.
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, bunu təşkilat üzvü olan ölkələrdən birinin diplomatı deyib.
O bildirib: “Bu, sammitin yekun bəyannaməsində əks olunmayacaq".
Mənbənin sözlərinə görə, NATO-nun gündəliyinə Ukraynanın “ən azı qısa və ortamüddətli perspektivdə” hərbi bloka qoşulması məsələsi daxil deyil. Bundan əlavə, alyans Ukraynaya dəstək üçün “hər hansı yeni maliyyə öhdəlikləri” götürməyi planlaşdırmır.