Ukraynanın NATOya daxil olma ehtimalı qəbuledilməzdir

03.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

"Ukraynanın NATO-ya daxil olma ehtimalı qəbuledilməzdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadıən xəbər verir ki, bu sözləri Kremlinin sözçüsü Dmitri Peskov deyib.

Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirən Peskov bunun Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığına diqqət çəkib.

"Bu, təhlükəsizliyin bölünməzliyi ilə bağlı tezislərimizlə tamamilə ziddiyyət təşkil edir. Bir ölkənin təhlükəsizliyi başqa bir ölkənin təhlükəsizliyi bahasına əldə edilə bilməz. Bu, əsasını qoyduğumuz beynəlxalq münasibətlərin dəyişməz qaydasıdır. Buna görə də bu məsələ ilə bağlı mümkün qərar qəbuledilməzdir, çünki bu, bizi təhdid edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью