Icma.az bildirir, Reyting.az portalına istinadən.
Rus ordusu Ukraynanın Nikolayev vilayətinə “Şahed” dronları ilə hücum edib, nəticədə vilayətin nəqliyyat infrastrukturu obyektinə ziyan dəyib.
Reyting.az bildirir ki, bu barədə Nikolayev regional dövlət administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.
“Şahed” dronları vasitəsilə edilən hücum nəqliyyat infrastrukturu obyektinə ziyan vurub. Yanğın baş verib. Bir kişi yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Bütün xidmətlər işləyir”, - deyə rəsmi qeyd edib.
V. QULİYEV