Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı KONKRET

28.09.2026

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanlı hakimlər UEFA Millətlər Liqasının Gürcüstan – Ukrayna oyununda iş başında olacaqlar.

KONKRET.az xəbər verir ki, B Liqasının 2-ci qrupunun 2-ci turunun matçını Əliyar Ağayev idarə edəcək.

Ona Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.

Görüşün VAR hakimi italiyalı Aleandro Di Paolo, AVAR hakimi isə azərbaycanlı İnqilab Məmmədov olacaq.

Qeyd edək ki, Gürcüstan – Ukrayna matçı bu gün Tiflisdə Boris Paiçadze adına stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью