Ukraynanın parçalanma riski var Kuyat

30.11.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyanın istefada olan generalı, NATO Hərbi Komitəsinin keçmiş rəhbəri Harald Kuyat hesab edir ki, hazırda Ukraynanın parçalanma riski mövcuddur.

Axar.az xəbər verir ki. bu barədə “Die Veltvoçe” jurnalı məlumat yayıb.

Kuyatın sözlərinə görə, Ukrayna ordusu elə vəziyyətdədir ki, artıq təşkilatlanmış və effektiv müdafiə mümkün deyil:

“Buna görə də Ukrayna Silahlı Qüvvələri döyüşü uzadır. Ukrayna tərəfində həlak olanların və səfərbər edilənlərin sayı son dərəcə yüksəkdir. Xüsusilə, son hadisələri, həmçinin korrupsiya qalmaqallarını nəzərə alsaq, Ukrayna prezidentinin faktiki olaraq heç bir ictimai dəstəyi yoxdur. Bu o deməkdir ki, Ukraynanın parçalanması riski var. Belə bir vəziyyəti də heç kim istəmir.

Buna görə də Avropa siyasətçiləri Ukrayna məsələsinin dinc yolla həllinə nail olmalıdırlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью