Ukraynanın Rusiya ilə danışıqlarda 3 qırmızı xətti

18.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Rusiya ilə bağlanmış sülh müqaviləsi çərçivəsində öz suverenliyini məhdudlaşdırmağa razı olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Ali Radanın Beynəlxalq siyasət komitəsinin rəhbəri Aleksandr Merejko BBC-yə müsahibəsində bildirib.

O qeyd edib ki, Ukrayna Rusiya ilə mümkün sülh müqaviləsi ilə bağlı sərt mövqe tutur və üç "qırmızı xətt" müəyyənləşdirir:

1. Ərazi bütövlüyü – Ukrayna heç bir ərazi güzəştinə razı olmayacaq və bu, müzakirə mövzusu deyil;

2. Ukraynanın NATO və digər beynəlxalq təşkilatlara üzvlüyü – Putin bu məsələdə Ukrayna əvəzinə qərar verməməlidir;

3. Müdafiə qabiliyyəti – Kiyev Putinin Ukrayna ordusunun azaldılması tələblərinə razı ola bilməz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью