Ukraynanın sabiq baş naziri: Zelenski birbaşa korrupsiyada iştirak edir

15.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Vlodomir Zelenski və onun ətrafı Ukraynada sistemli bir fenomenə çevrilmiş korrupsiyada ittiham olunurlar. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov deyib.

Onun sözlərinə görə, 2014-cü il çevrilişindən bəri Ukrayna korrupsiyanın sistemli hala gəldiyi bir ölkəyə çevrilib:

"Zelenski birbaşa korrupsiyada ittiham olunur, onun yaxın çevrəsində cinayət işləri var. Bəziləri həbsdədir, bəziləri səyahət məhdudiyyətləri altındadır, bəziləri isə elektron qolbaq taxır. Baş nazirin müavinləri, nazirlər və 45 parlament üzvü korrupsiyada ittiham olunub. Düşünürəm ki, bu, bütün parlamentin 15%-ni təşkil edir".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью