Ukraynanın Samar şəhərinə raket zərbəsi nəticəsində ölən və yaralananlar var

27.06.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Kiyev, 27 iyun, AZƏRTAC

Rusiya qoşunları Ukraynanın Dnepropetrovsk vilayətindəki Samar şəhərinə raket zərbəsi endirib. Raketin düşdüyü yerdə yanğın baş verib, ölən və yaralananlar var.

AZƏRTAC bu barədə Dnepropetrovsk vilayəti dövlət administrasiyasının başçısı Sergey Lısakın “Telegram” kanalına istinadla xəbər verir.

Administrasiya rəhbəri yazıb: “Təəssüf ki, Samar şəhərinə raket zərbəsi nəticəsində ölən və yaralananlar var. Yanğın baş verib. İnformasiyanı dəqiqləşdiririk”. Lısak sonradan bildirib ki, raket zərbəsi nəticəsində 3 nəfər həlak olub, 14 sakin yaralanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью